Təbii fəlakət: Davamlılıq və insanlıq sınağı

Təbii fəlakət: Davamlılıq və insanlıq sınağı

Təbii fəlakət: Davamlılıq və insanlıq sınağı

2026-cı ilin mart-aprel aylarında Dağıstanın üzləşdiyi güclü sel fəlakəti bölgə üçün son illərin ən ağır təbiət imtahanlarından birinə çevrildi.

 

Bir çox şəhər və rayonlarda suyun səviyyəsinin qəfil yüksəlməsi yaşayış məhəllələrinin su altında qalmasına, nəqliyyatın iflic olmasına, infrastrukturun dağılmasına, insanların kütləvi təxliyəsinə və təəssüf ki, insan itkilərinə səbəb oldu. Hazırda biz bu hadisələrin hələ də davam etdiyini görürük; cəmi bir gün əvvəl bölgə təbiətin ikinci zərbəsini yaşadı, Fövqəladə Hallar Nazirliyi isə yağışların davam edəcəyi, sel, uçqun və güclü külək təhlükəsi barədə xəbərdarlıq edir.

Dağıstan Müftisi Əhməd Afəndi Abdullayev öz müraciətində bu vəziyyəti çox dərin bir məna ilə ifadə etmişdir: “Baş verənlər yalnız bu bəlaya düşənlər üçün bir sınaq deyil, həm də ətrafdakıların zərərçəkənlərə necə münasibət bəsləyəcəyinin bir yoxlanışıdır”. Bu sözlərin həqiqəti dağıstanlıların davranışında özünü parlaq şəkildə büruzə verdi.

Peyğəmbərimizin (s.a.v) hədisində buyurulduğu kimi: “İnsanların ən xeyirlisi onlara ən çox fayda verənidir”. Bu daşqınlar dağıstanlıların ümumi bəla qarşısında necə sıx birləşdiyini, həmrəylik və daxili gücünü bir daha bütün dünyaya nümayiş etdirdi.

İnsanlar dərhal könüllü qruplarda birləşdilər: kimi qayıqlarla təxliyə işinə qatıldı, kimi su və dərman daşıdı, kimi isə evsiz qalanlara öz qapısını açdı. Məhz bu birlik insanların xilas edilməsində əsas amil oldu. Kişilər və yeniyetmələr heç bir tərəddüd etmədən su basmış zonalara atılaraq, evlərində və ya maşınlarında köməksiz qalanlara əl uzatdılar. Bu, sadəcə quru bir “qəhrəmanlıq” deyil, qonşunun qonşuya uzaq xidmətlərdən daha yaxın və daha sürətli kömək edə biləcəyini anlayan bir məsuliyyət hissi idi.

Respublika səviyyəsində vətəndaş cəmiyyətinin bürokratik maneələr olmadan, öz resurslarını necə sürətlə səfərbər edə bildiyi görüldü. Məscidlər, iş adamları və xeyriyyə təşkilatları yardım toplama məntəqələri qurdular. Ən önəmlisi isə odur ki, yardımlar kor-koranə deyil, birbaşa ehtiyac sahiblərinə, ünvanlı şəkildə çatdırıldı.

Bununla yanaşı, böhran bölgədəki sistemli problemləri, xüsusən də paytaxtın infrastrukturundakı illərdir yığılıb qalan zəiflikləri də üzə çıxardı. Bu məsələlərin həlli həm yerli, həm də federal hakimiyyətdən qətiyyətli addımlar və böyük vəsaitlər tələb edir.

Lakin əsas nəticə aydındır: Dağıstanın fövqəladə hallara qarşı davamlılığı təkcə dövlətin hazırlığı ilə deyil, cəmiyyətin daxili birliyi ilə ölçülür. Maddi itkilər ağır olsa da, mənəvi baxımdan Dağıstan bu sınaqdan alnıaçıq çıxdı. İnsanların bir qayıqdan tutmuş isti geyimə qədər hər şeyini bölüşməsi göstərdi ki, dağıntılar nə qədər böyük olsa da, xalqın birliyi sarsılmazdır.

İndi bərpa prosesi başlayır. Dövlət qurumları üçün bu, gələcək fəlakətlərə qarşı sistemini gücləndirmək, cəmiyyət üçün isə bu böyük həmrəylik ruhunu qoruyub saxlamaq imkanıdır. Məhz rəsmi hazırlıqla vətəndaş birliyinin vəhdəti bölgəni gələcək çağırışlar qarşısında məğlubedilməz edir.

 

Həmİd Əsədulİn

2026-07-01 (МухIаррам 1448 г.) №7.


Valideynlərin uşaqlardan əvvəl tərbiyə olunmasının əhəmiyyəti

Uşaqların tərbiyəsi və həyatın müxtəlif dövrlərində onlarla münasibət valideynlər üçün çoxlu çətinliklər yaradır. Çox vaxt ata və analar uşaq tərbiyəsinin ən optimal metodu barədə və onlarla münasibəti necə qurmaq haqqında...


Гaфгaздa гызлaрын рoлу

Гəдим зaмaнлaрдaн бəри Гaфгaз гызы һəјaлылығы, лəјaгəти вə јүксəк əxлaгы илə сeчилмишдир. Бунун сəбəби Гaфгaздa гaдынлaрa ушaглыгдaн eтибaрəн һəјaтын дeмəк oлaр ки, бүтүн сaһəлəриндə xүсуси тəлəблəрин гoјулмaсыдыр.   Бир чoxлaры һeсaб eдир ки, Гaфгaздa гaдынлaрa кишилəрлə мүгaјисəдə...


Muhəmməd Peyğəmbərin ﷺ gözəl əxlaqı haqqında qısaca

Allahın Elçisi ﷺ Uca Allaha hamıdan çox dua edər və Ona hamıdan çox acizanə şəkildə yalvarardı. O, bağışlamağı bacarar və həmişə yaxşılıq etməyi əmr edərdi. Cahillərlə (nadanlarla) heç vaxt mübahisə etməzdi. Hər şeydə ədalətli olmağı, yoxsullara və ehtiyac sahiblərinə kömək etməyi, qohumluq...


Aллaһын мəндəн рaзы oлмaсы үчүн нə eтмəлијəм?

Мөмин үчүн əн бөјүк мүкaфaт вə тəсвирoлунмaз xoшбəxтлик Aллaһын рaзылығыдыр. Сəмими мөмин eтдији һəр бир иши Рəббинин рaзылығыны гaзaнмaг үчүн eдир.   Гијaмəт ҝүнү бүтүн əмəллəримиз бу мeјaр əсaсындa дəјəрлəндирилəҹəкдир. Əҝəр мөмин бу əмəллəри јaлныз Јaрaдaнынын рaзылығы нaминə јeринə...


SUALLARINIZ

Һaнсы һaллaрдa aнд ичмəк oлaр, һaнсы һaллaрдa oлмaз? Aнды пoзмaг oлaрмы? Вaҹиб əмəли јeринə јeтирмəјə вə јa һaрaмы eтмəмəјə aнд ичмəк — Aллaһa xoш ҝəлəн əмəлдир. Бeлə aнды пoзмaг һaрaмдыр, əҝəр пoзулaрсa, кəффaрə (кəффaрəтул-јəмин) вeрмəк вaҹибдир. Вaҹиб əмəли тəрк eтмəјə вə јa һaрaмы...