Peyğəmbərin ﷺ ad gününə həsr olunmuş tədbir - mövlüd məclisi

Peyğəmbərin ﷺ ad gününə həsr olunmuş tədbir - mövlüd məclisi

Peyğəmbərin ﷺ ad gününə həsr olunmuş tədbir - mövlüd məclisi

Aləmlərə rəhmət olaraq göndərilən Məhəmməd Peyğəmbərimizin ﷺ dünyaya gəldiyi Rəbuül əvvəl ayı artıq neçə illərdir ki, Dağıstan xalqları üçün bayram ayına çevrilib. Ənənəvi olaraq bu ayda hər il respublikanın şəhər və kəndlərində Peyğəmbərimizin ﷺ doğum gününə həsr olunan tədbirlər – mövlüd məclisləri keçirilir.

 

Bi ilin sentyabr və oktyabr aylarına təsadüf edən Rəbiül əvvəl ayında da Mahaçqala şəhərində təzə inşa edilən İsa peyğəmbər adına Dini Mərkəzin nəzdindəki Məhəmməd peyğəmbərin ﷺ adını daşıyan məsciddə ay boyu Dağıstanda yaşayan millətlərin mövlüd məclisləri keçirildi. Sonsuz xeyir-bərəkəti olan bu gözəl məclisin insanın mənəvi aləminə verdiyi faydanı görən Dağıstanda yaşayan Azərbaycan respublikasından olan müsəlmanlar da Məhəmməd Peyğəmbərin ﷺ ad gününə həsr olunmuş möhtəşəm mövlüd məclisi keçirdilər. Tədbirdə çoxlu sayda insanlar ailə üzvləri ilə iştirak etdilər. Mövlud iştirakçılarının hər biri öz mənəviyyatını zənginləşdirmək, özlərində yalnız yaxşılıq, barışı daşıyan dəyərlərlə tanış olmaq məqsədi ilə buraya gəlmişdi. Ənənəyə uyğun olaraq tədbir Qurani-Kərimin oxunması ilə başlayan tədbirdə ilahiyyatçı Əhməd Kahayev, İdris Asadullayev, əslən Azərbaycandan olan, lakin uzun illər Dağıstanda çalışan ziyalılar, elm adamları və digərləri məzmunlu çıxış etdilər. Onların hər biri insanları birliyə, bərabərliyə şən-firavan sülh içərisində yaşamağa çağıran, zorakılığa və ekstremizmə qarşı olan İslam dininin gözəlliyindən, eləcə də Məhəmməd peyğəmbərin ﷺ həyatından, ömür yolundan, bu dini bizə çatdırmaq üçün necə çətinliklərlə üzləşdiyindən danışdılar. Çıxışlarda Uca Allahın ﷻ Qurani-Kərimdə: “Mən səni yalnız aləmlərə rəhmət olaraq göndərdim” dediyi Peyğəmbərin ﷺ gözəl keyfiyyətləri, istər müslim, istərsə də qeyri-müslim insanlara qarşı gözəl davranışı, rəftarı qeyd olunmaqla, Peyğəmbəri ﷺ və onun əhli-beytini, səhabələrini sevməyin dinimizdə vacib olduğu xüsusi olaraq vurğulandı. Tədbirdə Peyğəmbərimizın ﷺ adına yazılmış, ona həsr olunmuş qəsidələr deyildi və nəşidlər səsləndi.

 

 

 

 

Tədbir iştirakçıları üçün yemək süfrələri açılaraq ehsan paylandı. Sonda tədbir iştirakçılarI və onun təşkil olunmasında yardım edən könüllülər arasında hədiyyə olaraq Ümrə ziyarəti üçün biletlər çəkildi və başqa hədiyyələr paylandı, dünyada insanlar arasında sülhün, firavanlığın bərqərar olması, müharibələrə son qoyulması, insanların şən və mehriban yaşamaları üçün dualar edildi.

 

 

Rəcəb Məmmədov

2026-05-01 (Зул къагIида 1447 г.) №5.


Чөрәк гырынтылары

Зарина мағазадан чыхыб халасынын јанына јолланды. Халасы хәстәләнмишди, Зарина она гуллуг етмәк вә ев ишләриндә көмәклик ҝөстәрмәк үчүн ҝетмишди. Хала илә бирликдә онлар наһар һазырлајыб једиләр вә Зарина мәнзилдә сәлигә-сәһман јаратмаг истәди. О, мәтбәхдән башламаг гәрарына ҝәлди. Тез габ-гаҹағы...


Əgər Allah ﷻ məni sevirsə, niyə imtahanlara çəkir?

Bu, əslində İslamda ədalət anlayışının nə dərəcədə olması ilə bağlı bir sualdır. Mənə bu sualla üç fərqli insan, fərqli şəraitlərdə müraciət etmişdi. Onların yeganə ortaq cəhəti o idi ki, sorğu qoyanların hər biri ciddi mənəvi çətinliklərlə üzləşən gənc müsəlmanlar...


Исламда гурбан кәсмә ајини

Гурбан кәсмә анлајышы   Гурбан кәсмә – Шәриәт тәрәфиндән нәзәрдә тутулмуш, мүсәлманын Аллаһ-Тәалаја јахынлашмаг вә Онун ризасына наил олмаг нијјәти илә мүәјјән вахтда кечирдији ајиндир. Бу мәрасимдә дәвә, ири вә хырда бујнузлу һејван кәсирләр.   Гурбан кәсмәнин ганунилији...


Сән јахшы анасан – зәриф, инҹә чијинләринә дағлары јүкләмә

Гадынларын хүсуси зәифлији вар: һәр ҝүнү өлмәјиб сағ галма, јашама марафонуна чевирмәк.   Сәһәр дурмаг, сәһәр јемәји, ону-буну јығышдырмаг, һазырламаг, мәктәб, дәрнәкләр, шам јемәји, палтар јумаг, еви сәһмана салмаг...вә бунларын һамысы о һислә едилир ки, даһа чох, даһа јахшы, даһа дүзҝүн...


Ислaмдa һиссə-һиссə өдəнишлə aлыш-вeриш eтмəјə иҹaзə вeрилирми?

Һиссə-һиссə сaтыш (тəгситлə тиҹaрəт) — eлə бир тиҹaрəт нөвүдүр ки, бу зaмaн мүгaвилə бaғлaндығы aндa мaл aлыҹынын мүлкијјəтинə вə истифaдəсинə кeчир, мaлын дəјəринин өдəнилмəси исə јa тaм шəкилдə, јa дa һиссə-һиссə oлмaглa, əввəлҹəдəн рaзылaшдырылмыш вaxт интeрвaллaры илə тəxирə...