ALLAH ELÇİSİNİN ﷺ XARİCİ GÖRKƏMİ, UCA ƏXLAQI VƏ GÖZƏL XARAKTERİ

ALLAH ELÇİSİNİN ﷺ XARİCİ GÖRKƏMİ, UCA ƏXLAQI VƏ GÖZƏL XARAKTERİ

ALLAH ELÇİSİNİN ﷺ XARİCİ GÖRKƏMİ, UCA ƏXLAQI VƏ GÖZƏL XARAKTERİ

(Dаvаmı. Bаşlаnğıcı әvvәlki nömrәmizdә).

 

16. Peyğəmbərin yeməkdə və yuxuda mötədilliyi (ölçülü olması).

 

Hər kəs bilir ki, yeməkdə ifratçılıq və həddindən artıq yuxu — hətta Quranda və hədislərdə pislənilməsəydi belə — insanı heyvanlar aləminə yaxınlaşdıran, tənbəlliyə və xəstəliklərə yol açan əlamətlərdir. Çox yemək bədəni ağırlaşdırır, Allaha ibadətdə insanı tənbəl edir, ağlı dumanlandırır və xəstəliklər törədir.

 

Peyğəmbərimiz ﷺ yeməkdə və yuxuda çox mötədil idi. O, nə təqdim olunurdusa, onu yeyərdi, əlavə pay və ya başqa bir təam tələb etməzdi. O, heç vaxt yeməyi pisləməzdi. Əgər xoşuna gəlirdisə yeyər, xoşuna gəlməyəndə isə sadəcə saxlayardı.

Əgər səhər evdə yeməyə heç nə tapmırdısa, həmin günü nafilə oruc tutardı. Elə vaxtlar olurdu ki, yeməyi qızdırmaq üçün ocaqda bir ay boyu od qalanmazdı. Çox vaxt evdə xurma yeyər və üstündən su içərdi. O, buğda çörəyini ardıcıl üç gün yeməz, arpa çörəyi ilə kifayətlənərdi. Çox vaxt yatağa ac girərdi. Lakin nə qədər ac olsa da, Peyğəmbər ﷺ Uca Allaha ibadətdə, haqq yoluna dəvətdə və İslamın yayılmasında heç vaxt zəiflik göstərməzdi. O, yemək tapılmadığı üçün deyil, əlində olanı yoxsullara və ehtiyacı olanlara payladığı üçün ac qalırdı — bu, onun könüllü seçimi idi. O ﷺ buyurardı: "Yaradan üçün ən mənfur (sevilməyən) qab — halal yeməklə ağzınacan doldurulmuş mədədir". O ﷺ demişdir: "Ey Ayşə, gündə iki dəfə yemək israfdır". Və Ayşə bu məsələdə Peyğəmbərin ﷺ göstərişlərinə dəqiqliklə əməl edirdi.

Bir dəfə Müaviyə ona 180 min dirhəm göndərmişdi. Həmin gün Ayşə onların hamısını yoxsullara payladı. Axşam olanda xidmətçisi Ümmü Diratdan xahiş etdi: "İftar etmək üçün mənə bir şey ver". Xidmətçi dedi: "Heç olmasa payladığın o məbləğdən bir dirhəmə ət alsaydın". Ayşə belə cavab verdi: "Niyə mənə xatırlatmadın? Xatırlatsaydın, alardım".

Peyğəmbər ﷺ buyurardı ki, insana bir neçə loxma yemək kifayətdir. Əgər bu bəs etmirsə, qoy mədənin üçdə biri yeməklə, üçdə biri su ilə dolsun, üçdə biri isə hava üçün saxlanılsın.

Yuxudakı məhdudiyyətlərinə gəldikdə isə, Quranda buyurulduğu kimi, o, gecənin yarısını, üçdə birini, bəzən isə üçdə iki hissəsini namaz qılmaqla, Uca Allaha ibadətlə keçirərdi. Gecə namazlarında uzun müddət ayaqüstə durmaqdan onun ayaqları şişərdi.

 

17. Peyğəmbərin xalq arasındakı nüfuzu və şöhrəti.

Şəriətdə insanın özünün məşhur və nüfuzlu olmağa can atması bəyənilmir. Lakin nüfuz və şöhrət Uca Allah tərəfindən verilirsə, bu, başqa bir məsələdir. Bu baxımdan dünyada sevimli Peyğəmbərimiz Məhəmməd ﷺ qədər təsirli və tanınmış ikinci bir insan olmamışdır. 14 əsrdən çoxdur ki, onun mübarək adı hər gün milyardlarla dəfə tələffüz edilir. Şəhadətdə, hər namazda və duada, azanda, xütbə və nəsihətlərdə, islami kitablarda — elə bir yer yoxdur ki, orada onun adı zikr edilməsin.

Bütün müsəlmanlar onu özlərindən, canlarından, var-dövlətlərindən, ailələrindən və övladlarından daha çox sevirlər. Həm bu dünyada, həm də əbədi dünyada Uca Allahın, peyğəmbərlərin, xalqın, mələklərin və cinlərin bizim Peyğəmbərimizdən ﷺ daha çox mədh etdiyi (təriflədiyi) ikinci bir şəxs yoxdur. Bir sözlə, Uca Allahın ona verdiyi əzəməti, müqəddəsliyi və fəzilətləri yalnız Allah Özü qiymətləndirə bilər. Bu barədə kitabın Peyğəmbərin ﷺ xüsusiyyətlərindən və üstünlüklərindən bəhs edən birinci hissəsində də bir qədər oxumaq olar.

 

18. Peyğəmbərin gözəl əxlaqı.

Gözəl əxlaq baxımından o, ən ali, başqaları üçün əlçatmaz bir mərtəbədə idi; o, bütün bəşəriyyət üçün bir nümunə və örnək idi. Uca Allah onun əxlaqını yüksək qiymətləndirərək və onu mədh edərək Qurani-Kərimdə buyurur:

Mənası: "Həqiqətən, sən böyük bir əxlaq sahibisən" (Qələm surəsi, 4).

Sevimli Peyğəmbərimiz ﷺ özü də buyurmuşdur: "Mən gözəl əxlaqı tamamlamaq (təkmilləşdirmək) üçün göndərildim". Həmçinin o demişdir: "Qiyamət günü tərəzidə ən ağır gələn şey gözəl əxlaq və xarakterin gözəlliyidir" (Əbu Davud, Tirmizi).

Əxlaqın gözəlləşdirilməsinə çağıran çox sayda hədis mövcuddur. Qurani-Kərim Peyğəmbər Məhəmmədi ﷺ elə vəsf etmişdir ki, heç kimdə onun fəzilətləri, əzəməti və yüksək mənəviyyatı barədə zərrə qədər də şübhə qalmasın. Quran sübut edir ki, Peyğəmbər ﷺ bu üstün əxlaqın sahibidir və ən gözəl xüsusiyyətlər ona məxsusdur.

Buna görə də, Həzrəti Ayşədən Peyğəmbər Məhəmmədin ﷺ xarakteri haqqında soruşduqda, o belə cavab vermişdi: "Onun əxlaqı Quran idi". Bəziləri deyirlər ki, Allahın Rəsulu ﷺ canlı, gəzən bir Quran idi. İmam Qəzali demişdir: "Quranın bütün əmrləri və qadağaları, Quranın təbliğ etdiyi ən yaxşı xüsusiyyətlər və etik normalar, eləcə də Quranın ilk müraciəti Allahın Rəsuluna ﷺ yönəlmişdi. Allah Quran vasitəsilə Peyğəmbərimizin gözəl keyfiyyətlərini təkmilləşdirdi, sonra isə onun nuru ilə bütün aləmlər işıqlandı. Quran Peyğəmbərdə ən yaxşı xarakter cizgilərini və gözəl əxlaqı tərbiyə etdi. Sonra isə Uca Allah Peyğəmbər ﷺ vasitəsilə digər bütün məxluqatı tərbiyə etdi. Məhz buna görə Peyğəmbər ﷺ buyururdu: "Mən əxlaqı təkmilləşdirmək üçün göndərildim" (Əhməd, Hakim).

Buna görə də Uca Allah ona əvvəlki peyğəmbərlərin bütün fəzilətlərini, üstünlüklərini və kamilliyini bəxş etdi, üstəlik, Yaradan Peyğəmbər Məhəmmədə ﷺ digər peyğəmbərlərə vermədiyi saysız-hesabsız tərifəlayiq keyfiyyətlər verdi. Uca Allah Peyğəmbər Məhəmmədi ﷺ ondan əvvəl heç kimə verilməmiş ən ali və ən gözəl əxlaqın təcəssümü etdi. Sonra isə Yaradan ona bəşəriyyəti bu əxlaq üzərində tərbiyə etməyi əmr etdi. Peyğəmbər ﷺ onların nurunu xalqların ruhuna yeritdi və bu nur hər əsrdə yüz milyonlarla insanın əxlaqını gözəlləşdirir və bəzəyir.

 

 

“Günəşin yeddi şüası” kitabından götürülüb tərcümə olunub

Kuramuhəmməd Hacı Ramazanov

2026-07-01 (МухIаррам 1448 г.) №7.


Valideynlərin uşaqlardan əvvəl tərbiyə olunmasının əhəmiyyəti

Uşaqların tərbiyəsi və həyatın müxtəlif dövrlərində onlarla münasibət valideynlər üçün çoxlu çətinliklər yaradır. Çox vaxt ata və analar uşaq tərbiyəsinin ən optimal metodu barədə və onlarla münasibəti necə qurmaq haqqında...


Гaфгaздa гызлaрын рoлу

Гəдим зaмaнлaрдaн бəри Гaфгaз гызы һəјaлылығы, лəјaгəти вə јүксəк əxлaгы илə сeчилмишдир. Бунун сəбəби Гaфгaздa гaдынлaрa ушaглыгдaн eтибaрəн һəјaтын дeмəк oлaр ки, бүтүн сaһəлəриндə xүсуси тəлəблəрин гoјулмaсыдыр.   Бир чoxлaры һeсaб eдир ки, Гaфгaздa гaдынлaрa кишилəрлə мүгaјисəдə...


“Doğru insanla” evləndiyini necə bilmək olar?

Müsəlmanlar üçün ideal həyat yoldaşının necə olmalı olduğuna dair ən gözəl nümunə Məhəmməd Peyğəmbərdir ﷺ.   O, indiyə qədər yaşamış ən sevgi dolu, mehriban, təvazökar, mərhəmətli, şəfqətli, sədaqətli, etibarlı və səxavətli həyat yoldaşı idi. Heç...


Muhəmməd Peyğəmbərin ﷺ gözəl əxlaqı haqqında qısaca

Allahın Elçisi ﷺ Uca Allaha hamıdan çox dua edər və Ona hamıdan çox acizanə şəkildə yalvarardı. O, bağışlamağı bacarar və həmişə yaxşılıq etməyi əmr edərdi. Cahillərlə (nadanlarla) heç vaxt mübahisə etməzdi. Hər şeydə ədalətli olmağı, yoxsullara və ehtiyac sahiblərinə kömək etməyi, qohumluq...


İnsanları sınağa çəkmə!

Biz müxтəlifik. Şən və darıxdırıcı, ağıllı və o qədər də yox... Biz ümumiyyəтlə ailələrdə yan-yana necə yaşayırıq və ya kollekтivlərdə birgə necə işləyirik? Bu, həqiqəтən də mümkünsüz görünərdi, əgər Allah ﷻ bizə yola geтməyi öyrəтməsəydi.   İnsanların...