Fatimə və ananın sevimli vazası

Fatimə və ananın sevimli vazası

Bu, isti bir bazar günü idi. Günəşin şüaları otaqlara düşür, evin hər tərəfi işıqlanırdı. Balaca Fatimə səhərdən bəri çox şən idi. O, sevimli oyuncaqları ilə otağında oynayır, gah kuklalarına paltar geyindirir, gah da kiçik topunu yuvarlayırdı.

 

Ana isə mətbəxdə idi. O, nahar yeməyi hazırlayırdı. Birdən gördü ki, evdə yağ qurtarıb, həm də çörək lazım idi. Mağaza uzaqda olmasa da, evdən çıxmaq lazım idi. Ana düşündü: “Fatimə artıq böyüyüb, mən mağazadan qayıdana qədər bir şey olmaz.” Beləcə, Fatiməni evdə qoydu və özü çörək almağa getdi.

Fatimə tək qaldı. Əvvəlcə hər şey yaxşı idi. Amma az sonra top oynayarkən top mətbəxə yuvarlandı. Fatimə onun dalınca qaçdı. Elə bu vaxt yadına anasının “iştahını korlamasın” deyə gizlətdiyi şokoladlar düşdü. O, şirin qutunun yuxarı rəfdə olduğunu bilirdi.

Qızcığaz konfetləri götürmək üçün stul gətirdi, üstünə çıxdı. Əli qutuya çatanda birdən stulun ayağı altında qalan oyuncaq sürüşdü və Fatimə yerə yıxıldı. Əlindəki qutu da, üstündə dayandığı stul da gurultu ilə aşdı.

Yıxılarkən Fatimə təsadüfən anasının çox sevdiyi, içi güllərlə dolu vazaya toxundu. Vaza yerə düşüb xırda parçalara ayrıldı. Güllər də hər yana dağıldı.

Fatimənin gözləri doldu. Əvvəla, dizi və əli ağrıdı, ikinci isə – anasının ən sevimli vazasını sındırmışdı! O, qorxusundan hönkürmək istəsə də, özünü saxladı. Dərhal sınmış parçaları və gülləri yığdı, bir paketə doldurub otağında gizlətdi. Sonra isə guya heç nə olmamış kimi yenidən oyuncaqları ilə oynamağa çalışdı.

Az sonra ana qayıtdı. Yeməyi hazırladı, süfrəni açdı və Fatiməni çağırdı. Lakin Fatimə dedi:

– Ana, mən ac deyiləm...

Ana təəccübləndi, çünki qızı həmişə iştahlı idi. Onun üzündəki kədəri gördü. Mətbəxə baxarkən soyuducunun altında bir neçə gül ləçəyi və şüşə parçası gözünə dəydi. Dərhal başa düşdü ki, nəsə olub. Amma heç nə demədi, gözlədi ki, Fatimə özü danışsın.

Bütün gün Fatimə qəmgin gəzdi. Əslində o, anasına hər şeyi danışmaq istəyirdi, amma qorxurdu. Axşam düşəndə ana onu yanına çağırdı və mehriban səslə soruşdu:

– Qızım, mənə demək istədiyin bir şey yoxdurmu?

Fatimənin gözləri doldu. Əlləri əsdi. Birdən hönkürərək ağladı və hər şeyi etiraf etdi:

– Ana, bağışla məni! Mən vazanı sındırdım, gizlətmək istədim, qorxdum...

Ana qızını qucaqladı, başını sığalladı və sakitcə dedi:

– Qızım, heç kim səhvsiz deyil. Amma yadında saxla: səhv olanda onu gizlətmək daha pisdir. Ən yaxşısı – düzünü deməkdir. Mən sənə acıqlanmadım, amma sən gizlətdiyin üçün daha çox kədərləndim.

Fatimə göz yaşlarını silərək söz verdi:

– Ana, bundan sonra hər şeyi sənə düzünü deyəcəyəm.

Beləcə, Fatimə başa düşdü ki, dürüstlük həmişə qorxudan üstündür.

2026-09-01 (Рабиул аввал 1448 г.) №9.


Uşaqlarla yorulmadan həftəsonu keçirmək? Bu mümkündür

Bir çox qadın karyeranı, ev işlərini və uşaqların tərbiyəsini eyni vaxtda həyata keçirmək zərurəti ilə qarşılaşır.   Həftəsonu dincəlmək və ailə ilə vaxt keçirmək üçün əla fürsətdir, lakin yorğunluq çox vaxt istirahətin rutinə...


Quran necə nazil edilmişdir?

Bu gün dünyada müqəddəs kitabı — Quranı uca tutan bir milyard yarım İslam ardıcılı yaşayır. Özünü bu dinlə əlaqələndirməyən insanların bir çoxu da Quranın oxunuşunu eşitmək imkanı əldə edib. Müsəlmanlar Quranı yalnız namazlarda deyil, başqa...


SUALLARINIZ

Ики јaxын гoһум гaдынлa eјни вaxтдa eвлəнмəк oлaрмы? Ики јaxын гoһум гaдынлa eјни вaxтдa eвлəнмəк гaдaғaндыр. Истəр ики дoғмa бaҹы oлсун, истəр сүд бaҹылaры, истəр xaлa илə бaҹыгызы вə с. oлсун, һөкм eјнидир. Мүгəддəс Гурaндa бeлə бујурулур (тəфсирин мəнaсы): «(Сизə һəмчинин) ики бaҹыны...


Tövbə edirik və yenidən günah işləyirik…

Tövbə haqqında   Hər bir müsəlman ölümə layiq şəkildə hazırlaşmalı, mümkün qədər çox saleh əməl etməli, pis əməllərdən uzaqlaşmalı və bütün şərtlərinə riayət etməklə daim səmimi tövbə etməlidir.   Tövbənin...


Ислaмдa вaлјутa мүбaдилəси

(Давaмы. Бaшлaнғыҹы əввəлки нөмрəмиздə)   Мəблəғин бир һиссəсини нaғд өдəјиб гaлaныны сoнрaјa сaxлaмaглa гызыл aлмaг oлaрмы?   Суријaнын əл-Бaб вилaјəтинин мүфтиси Əһмəд Шəриф əн-Нəəссəн билдирир ки, Имaм Мүслим Убaдa ибн əс-Сaмитдəн Пeјғəмбəрин ﷺ бeлə бујурдуғуну рəвaјəт eдир:...