Əgər Allah ﷻ məni sevirsə, niyə imtahanlara çəkir?

Əgər Allah ﷻ məni sevirsə, niyə imtahanlara çəkir?

Bu, əslində İslamda ədalət anlayışının nə dərəcədə olması ilə bağlı bir sualdır. Mənə bu sualla üç fərqli insan, fərqli şəraitlərdə müraciət etmişdi. Onların yeganə ortaq cəhəti o idi ki, sorğu qoyanların hər biri ciddi mənəvi çətinliklərlə üzləşən gənc müsəlmanlar idi.

 

İslamda ədalət və imtahan anlayışı ilə bağlı şübhələr müasir müsəlman gəncliyi arasında tez-tez rast gəlinən haldır. Lakin siz yaşlı nəsil müsəlmanlar arasında dində xeyir və şər məsələsini özünə dərd edən, Allahın ﷻ ədalətli olub-olmaması barədə mənəvi əzab çəkən birinə çətin rast gələrsiniz. Bu, çox vacib məqamdır; çünki bu, ətraf mühitin insanın Allaha və dininə olan münasibətinə necə təsir etdiyini, həmçinin həmin mühitin insanın qəlbinə imanı ilə bağlı necə şübhə toxumları səpə bildiyini nümayiş etdirir.

Şübhələr (şububat) tamamilə fərdi bir məsələdir və möminlərin yaşadığı şübhələrin vahid bir "siyahısı" yoxdur. Ətraf mühitin əhəmiyyətini, dost və həmsöhbət seçimindəki həssaslığı kiçiltmək olmaz, çünki bu ünsiyyət dairəsi bizim Rəbbimizlə və dinimizlə qurduğumuz münasibətlərin tonunu müəyyən edir.

Möminin həyatındakı imtahanlara və çətinliklərə mənfi baxış Qərbdə — Allahın hər şeyi bağışlamasına, insanlara olan qeyd-şərtsiz sevgisinə həddindən artıq vurğu edilməsi və nəfsin istəklərinə rəvac verilməsi nəticəsində yaranmışdır. Təəssüf ki, bir çox müsəlman bu tələlərə düşür; xüsusən də "həbi şirinləşdirən", kəskin küncləri hamarlayan və insanın cəmiyyətdəki xüsusi əhəmiyyətini daim ön plana çıxaran müasir sosial şəbəkələr və texnologiyalar dövründə.

Xristian və yəhudi gəncləri arasında mənəviyyatın aşağı düşməsi problemi ilə üzləşən Qərb, həyatın bütün sahələrinə, o cümlədən dinə də nüfuz edən daha "yumşaq" və loyal bir yanaşma tətbiq etdi. Bu yanaşmanın məqsədi gənc nəsli sevgi, mərhəmət və bağışlanma şüarları ilə cəlb edərək onların öz inanclarından uzaqlaşmasının qarşısını almaq idi.

Təəssüf ki, bəzi müsəlmanlar bu davranışı həvəslə mənimsədilər. Onlar inancından asılı olmayaraq Allahın insana olan qeyd-şərtsiz sevgisi ideyasını qəsdən qabardırlar. Allahı (Allah bağışlasın və bundan qorusun) insanın "nə olursa olsun səni sevən" bir dostu adlandırırlar.

Təbiidir ki, Yaradanın qeyd-şərtsiz və qəti sevgisinə inanan bir insan üçün Uca Allahın möminləri imtahanlara çəkməsi və onlardan bəzilərinin Cəhənnəm odu ilə cəzalandırılması fikri dözülməz olur.

Həqiqət isə budur ki, Allahın ﷻ sevgisi genişdir, lakin qeyd-şərtsiz deyil. Onun mərhəməti boldur, lakin eyni zamanda müəyyən prinsiplərə bağlıdır. Allahın qəzəbini, cəzasını, qüdrətini və gücünü istisna edərək Onun ﷻ yalnız sevgi, mərhəmət və bağışlanmadan ibarət olduğunu iddia edən kəs dini və onun əsaslarını təhrif edir.

Əks vəziyyətdə isə tamamilə fərqli bir hal baş verə bilər — insanı Allahın günahları tamamilə bağışlamaq və bəndələrinə mərhəmət göstərmək qabiliyyətini görməzdən gələrək, yalnız Allahın qəzəbi və ağır cəzası haqqında rəvayətlərlə qorxudurlar.

Bir çox müsəlman belə bir kontekstdə sual verir: "Allah günah işlədənləri niyə bağışlayır?" — və onları daha böyük şübhə dalğası bürüyür. Tarix boyu mövcud olan müxtəlif xristian təriqətləri bu mənəvi çıxılmazlığa düşərək belə bir qənaətə gəlirdilər ki, guya Allah günahkarı oğlu insanların günahlarını yumaq üçün canını fəda etməyincə bağışlaya bilməz. Allah pakdır və bizi belə azğınlıqlardan qorusun.

Yalnız İslamda Quranın, pak Sünnənin və ümmətin böyük alimlərinin saysız-hesabsız əsərlərində bizə öyrədilən qorxu ilə ümid arasındakı balans əldə edilmişdir.

"(Yəhudilər) dedilər: 'Atəş bizə yalnız sayılı günlərdə toxunacaq'. De ki: 'Siz Allahdan (bu barədə) sözmü almısınız? (Əgər belə bir söz almısınızsa, bilin ki,) Allah Öz vədinə əsla xilaf çıxmaz! Yoxsa Allah barəsində bilmədiyiniz şeyi deyirsiniz?'" (Bəqərə surəsi, 80-ci ayə)

"İnsanlar elə hesab edirlər ki, təkcə: 'İman gətirdik' demələri ilə imtahan olunmadan buraxılacaqlar?" "Biz onlardan əvvəlkiləri də imtahan etdik. Allah, əlbəttə, kimlərin sadiq, kimlərin isə yalançı olduğunu bilir." (Ənkəbut surəsi, 2-3-cü ayələr)

Allah ﷻ padşahların Padşahıdır, biz isə sadəcə tozdan yaradılmış qullarıq. Biz bütün itaətsizliyimizə və günahlarımıza rəğmən dualarımızda yalnız Onun sevgisini diləyə bilərik. Aləmlərin Rəbbi, hər şeyin Xaliqi üçün Adəm övladının günahı nədir ki? Bu dünyada yaşayaraq varlığımızı dərk etmək və Yaradanımızı tanımaq imkanı, heç bir vəchlə buna layiq olmadığımız halda Onun Pak Adını tələffüz etmək xoşbəxtliyi — insana daha nə lazımdır? Əgər O, bizi yox etmək istəsə, biz kimik ki, bizə həyat bəxş edən Yaradanımızın iradəsinə qarşı çıxaq?

Dəyərsiz bir maye damcısı olduğumuz halda, Onun qərarlarının ədaləti barədə mühakimə yürütməyə haqqımız varmı? Hər birimizin üzləşdiyi bəlalar və çətinliklər Allahın ﷻ digər məxluqatının möhtəşəmliyi və əzəməti yanında heç nədir, biz onlara görə necə kədərlənə bilərik?

Həqiqətən vacib olan Yaradandır və Ona səmimi şəkildə ibadət etməyimizdir. Əsl dəyərli və əsl mənalı olan məhz budur.

 

Şаmİl Mәhәmmәdоv

2026-09-01 (Рабиул аввал 1448 г.) №9.


Quran necə nazil edilmişdir?

Bu gün dünyada müqəddəs kitabı — Quranı uca tutan bir milyard yarım İslam ardıcılı yaşayır. Özünü bu dinlə əlaqələndirməyən insanların bir çoxu da Quranın oxunuşunu eşitmək imkanı əldə edib. Müsəlmanlar Quranı yalnız namazlarda deyil, başqa...


Tövbə edirik və yenidən günah işləyirik…

Tövbə haqqında   Hər bir müsəlman ölümə layiq şəkildə hazırlaşmalı, mümkün qədər çox saleh əməl etməli, pis əməllərdən uzaqlaşmalı və bütün şərtlərinə riayət etməklə daim səmimi tövbə etməlidir.   Tövbənin...


Нијə aнa aтaдaн дaһa чox јaxшылығa лaјигдир?

Вaлидeјнлəрə eһтирaм, һөрмəт ифaдəси вə oнлaрa xeјирxaһ мүнaсибəт – бу, ибaдəт нөвлəриндəн биридир. Шəриəтə зидд oлмaјaн һəр шeјдə вaлидeјнлəрə итaəт eтмəк – Aллaһын өвлaдлaрa һəвaлə eтдији вəзифəлəрдəн биридир.   Aллaһ-Тəaлa вaлидeјнлəрин рaзылығыны Aллaһын рaзылығы илə...


Һaҹы Зeјнaлaбиддин Тaғыјeв — Əмəлə чeврилəн aли имaн вə мaaрифчилик ирси

Ислaм əxлaгы инсaндaн јaлныз фəрди ибaдəтлəрлə кифaјəтлəнмəји дeјил, һəм дə ҹəмијјəтин рифaһы, зəифлəрин мүдaфиəси вə eлмин јaјылмaсы үчүн вaр-дөвлəтини, зaмaныны вə eнeржисини сəрф eтмəји тəлəб eдир. Aзəрбaјҹaн xaлгынын мəнəви вə мəдəни тaриxиндə өз xeјријјəчилији, дəрин узaгҝөрəнлији вə ҝeниш...


Nəcib Peyğəmbərimiz Muhəmmədin ﷺ bəzi üstünlükləri

(Davamı. Başlanğıcı əvvəlki nönrəmizdə). Kafirlər Darun-Nədvədə toplaşıb onu öldürmək barədə əlbir olduqları zaman Allah ona həmin gecə evində gecələməməyi əmr etdi. (Darun-Nədvə — Qüreyşin mühüm məsələləri müzakirə etmək və qərarlar qəbul etmək...