Süheyl ibn Amr

Süheyl ibn Amr

Süheyl ibn Amr

əvvəli qəzetin ötən sayında

Bundan sonra Süheyl müsəlman oldu və iman onun qəlbinə və ağlına hakim oldu. Peyğəmbəri ﷺ çox sevdi. Bu sevgi onun qəlbindəki qara nöqtəni silib apardı.

Əbu Bəkr əs-Siddiq deyir ki, Vida həccində Süheyl ibn Amrın Peyğəmbərin ﷺ hüzurunda dayandığını gördüm. Ona dəvə verdi. Peyğəmbər ﷺ dəvəni öz mübarək əlləri ilə kəsdi. Sonra bərbəri cağırıb sacını qırxdırdı. Gördüm ki, Süheyl Peyğəmbərin ﷺ saçından

bir tük götürüb gözünün üstünə qoydu.

Hüdeybiyyə günü «Allah elcisi, Məhəmməd» deyə yazmağa qarşı cıxdığı yadıma düşdü. Və onu hidayət etdiyinə görə Allaha ﷻ həmd etdim».

Süheyl müsəlman olduqdan sonra hər zaman Allaha ﷻ yaxınlaşdıran əməllər etməyə və ondan uzaqlaşdıran əməllərdən cəkinməyə calışdı. Məkkənin fəthindən sonra müsəlman olanlar arasında onun qədər namaz qılan, oruc tutan, sədəqə verən, Allah qorxusundan ağlayan kimsə yox idi. Həmcinin onun ürəyi yumşalmış, kövrək bir insan olmudşu.

Hər gün Müaz ibn Cəbəlin yanına gedər və ona Qurandan ayələr oxumasını istəyərdi. Bir dəfə Dirar ibn əl-Xəttab ona demişdi:

«Ey Zeydin atası! Sən Quran oxuması ücün bu xəzrəclinin yanınamı gəlirsən?! Niyə öz qövmün Qüreyşdən bir kəsin yanına getmirsən?!»

Süheyl cavabında demişdi:

«Ey Dirar, sənin söylədiyin bu fikir cahiliyyət dövrünün adət-ənənəsindən başqa bir şey deyil. Bizi bu vəziyyətə gətirmiş və bütün xeyir və yaxşılıqları əlimizdən alan da elə budur. İslam dini öz gəlişi ilə cahiliyyət dövrünün qəbilə təəssübkeşliyini ləğv etdi və tarixdə adı xatırlanmayan qəbilələrə belə hörmət qazandırdı. Kaş biz də onların inkişaf etdiyi kimi inkişaf edəydik».

Süheyl ibn Amr İslamı daha öncədən qəbul etmiş müsəlmanların ondan daha fəzilətli olmasını hiss edir və aralarında fərq olduğunu anlayırdı. Bir gün Süheyl ibn Amr, Haris ibn Hişam və Əbu Sufyan Ömər ibn Xəttabın yanına gəldilər. Ammar ibn Yasir, Süheyb ər-Rumi və İslamı əvvəlcədən qəbul etmiş məvali səhabələr də onlarla birgə gəlmişdilər. Ömərin köməkcisi cıxıb dedi:

«Ammar və Süheyl girsin!»

Qüreyşlilər hirsli halda bir-birilərinə baxdılar. Onlardan biri dedi: «Bu günümüz kimi gün yaşamamışdım. Ömər onlara izn verir, bizi isə qapıda saxlayır».

Süheyl dedi: «Hirsiniz varsa, özünüzə hirslənin! Onları da İslama dəvət etdilər, bizi də. Onlar müsəlman olmaq ücün tələsdilər. Biz isə gecikdik. Görəsən, Qiyamət günü bizim halımız necə olacaq?! Biz orada da tərk ediləcəyik?!

Allaha and olsun ki, onların sahib olduqları fəzilət sizin bu qapıdan girmək istəyinizdən daha xeyirlidir».

Sonra dedi: «Onlar artıq fəzilətdə sizi qabaqlayıblar. Sizin nail ola bilmədiyiniz bu fəzilətə, Allaha and olsun ki, yalnız cihad və şəhid olmaqla nail olmaq olar».

Sonra Süheyl paltarını sirkələyib ayağa qalxdı.

Şam torpaqlarında müsəlmanlarla bizanslılar arasında müharibə getdiyi zaman Süheyl ibn Amr övladlarını, nəvələrini və bütün ailəsini götürərək müsəlmanlarla birgə Allah ﷻ yolunda vuruşmaq ücün Şama yollandı. Özü ilə birgə olanlara da bu sözləri

dedi: «Allaha and olsun ki, müşriklərlə yaşadığım hər bir anın əvəzini müsəlmanlarla birgə xeyir əməllər görərək cıxardıram. Müşriklərlə xərclədiyim mal qədər, indi müsəlmanlarla birgə xərcləyirəm.

Allaha and olsun ki, şəhid olana və ya Məkkədən uzaqda ölənə kimi özümü Allah ﷻ yolunda vuruşmağa həsr edəcəm».

Süheyl ibn Amr öz andına sadiq qaldı və müsəlmanlarla birgə Yərmuk döyüşünə qatılaraq əsil möminlərin göstərə biləcəyi hünəri göstərdi.

Ta Əmvas taununun Şam torpaqlarına yayıldığı vaxta qədər bir döyüşdən digərinə atıldı. Süheyl və onunla birgə olan ailəsi burada həlak oldu.

Allah Süheyl ibn Amrdan razı olsun! Peyğəmbərlərə və şəhidlərə bəxş etdiyini ona da bəxş etsin!

Məqalə «Səhabələrin həyati» kitabindan götürülmüşdür

2026-07-01 (МухIаррам 1448 г.) №7.


İnsanları sınağa çəkmə!

Biz müxтəlifik. Şən və darıxdırıcı, ağıllı və o qədər də yox... Biz ümumiyyəтlə ailələrdə yan-yana necə yaşayırıq və ya kollekтivlərdə birgə necə işləyirik? Bu, həqiqəтən də mümkünsüz görünərdi, əgər Allah ﷻ bizə yola geтməyi öyrəтməsəydi.   İnsanların...


Muhəmməd Peyğəmbərin ﷺ gözəl əxlaqı haqqında qısaca

Allahın Elçisi ﷺ Uca Allaha hamıdan çox dua edər və Ona hamıdan çox acizanə şəkildə yalvarardı. O, bağışlamağı bacarar və həmişə yaxşılıq etməyi əmr edərdi. Cahillərlə (nadanlarla) heç vaxt mübahisə etməzdi. Hər şeydə ədalətli olmağı, yoxsullara və ehtiyac sahiblərinə kömək etməyi, qohumluq...


Aллaһын мəндəн рaзы oлмaсы үчүн нə eтмəлијəм?

Мөмин үчүн əн бөјүк мүкaфaт вə тəсвирoлунмaз xoшбəxтлик Aллaһын рaзылығыдыр. Сəмими мөмин eтдији һəр бир иши Рəббинин рaзылығыны гaзaнмaг үчүн eдир.   Гијaмəт ҝүнү бүтүн əмəллəримиз бу мeјaр əсaсындa дəјəрлəндирилəҹəкдир. Əҝəр мөмин бу əмəллəри јaлныз Јaрaдaнынын рaзылығы нaминə јeринə...


“Doğru insanla” evləndiyini necə bilmək olar?

Müsəlmanlar üçün ideal həyat yoldaşının necə olmalı olduğuna dair ən gözəl nümunə Məhəmməd Peyğəmbərdir ﷺ.   O, indiyə qədər yaşamış ən sevgi dolu, mehriban, təvazökar, mərhəmətli, şəfqətli, sədaqətli, etibarlı və səxavətli həyat yoldaşı idi. Heç...


SUALLARINIZ

Һaнсы һaллaрдa aнд ичмəк oлaр, һaнсы һaллaрдa oлмaз? Aнды пoзмaг oлaрмы? Вaҹиб əмəли јeринə јeтирмəјə вə јa һaрaмы eтмəмəјə aнд ичмəк — Aллaһa xoш ҝəлəн əмəлдир. Бeлə aнды пoзмaг һaрaмдыр, əҝəр пoзулaрсa, кəффaрə (кəффaрəтул-јəмин) вeрмəк вaҹибдир. Вaҹиб əмəли тəрк eтмəјə вə јa һaрaмы...