Gözəl əxlaq

Gözəl əxlaq

GÖZƏL XASIYYƏT – DININ TƏMƏLIDIR

Bilinki, dinin təməli gözəl xasiyyətdir və Muhəmməd ﷺ peyğəmbərdə göndərilmişdir ki, bu gözəl xüsusiyyətləri yüksək və mükəmməl zirvəyə yüksəltsin. Bu haqda Allah Rəsulu ﷺ özü demişdir: “Mən gözəl xasiyyətləri tamamlamaq üçün göndərilmişəm”.

Gözəl xasiyyətdən məqsəd insanın öz ailə üzvləri, qulluqçuları və bütün müsəlmanlar ilə nəzakətli və mehriban olmasıdır. Allah Rəsulu ﷺ deyir: “Cənnət əhli yumşaq, xoşxasiyyət və insanlara yaxın olanlardır, Cəhənnəm əhli isə kobud və qədar insanlardır”. Bunu eşidən səhabələr soruşurlar: “Ey Allahın Rəsulu insanın kobud, sərt olubolmadığını necə müəyyən etmək olar?”. Cavabında Peyğəmbər r: “Onlar ailə üzvülərinə qarşı, dostlarına və qohumlarına qarşı kobud, sərt, çətin adamlardır” deyir. Uca Allah deyir: “insanlarla xoş danışın”(surə “Əl-Bəqərə”, ayə 83).

Başqa bir ayədə Uca Allah ﷻ deyir: “Ya Peyğəmbər! Bəndələrimə de: Danışdıqları zaman ən gözəl sözlər söyləsinlər” (surə “Əl-İsra”, ayə 53). İnsanlarla onların sənlə nə cür rəftar etməsini istəyirsənsə o cür davran, gözəl kəlam, xoş sözlər, gözəl rəftar və xoş davranış. Ancaq pis kəlmələrdən, nalayıq sözlərdən və axmaq əməllərdən çalış uzaq durasan. Axı sən bu və ya digər hərəkət etdiyin zaman bilməlisən ki, Qudrət sahibi və Uca Allah sənə bunun əvəzini verəcəkdir. Allahın qulları üçün Cənnət olarsa, insanları sərinlədən meh və kölgə olarsa, o mütləq Allahdan bunun qarşılığını alacaq. Çünki sahibinin xətri üçün köləsinə hörmət edən elə sahibinə hörmət etmiş kimi sayılar. Hədisdə deyilir: “Qiyamət günü gələndə Allah quluna deyəcək: “Mən ac idim, sən Məni doyuzdurmadın, Mən susamışdım, sən Mənə içməyə su vermədin, Mən xəstələndim, sən isə Məni ziyarətə gəlmədin”. Bu zaman qul sual edəcək ki: “Sən necə ac ola bilərsən Sən ki, aləmlərin Rəbbisən?! Sən necə susuzluq hiss edərsən – Sən ki, su yaradansan?! Sən necə xəstə ola bilərsən – Sənin ki, adın Şəfa verəndir?!” Bu vaxt Allahu – təalə quluna izah edərək deyər: “Mənim filan qulum xəstələnmişdi, əgər sən onu ziyarət etsəydin Məni onun yanında görərdin. Mənim filan qulum aclıqdan əziyyət çəkirdi, əgər sən ona yemək aparsaydın Məni onun yanında görərdin. Və Mənim bir qulum” səndən su istiyirdi, əgər sən ona su aparsaydın Məni onun yanında görərdin.

Yəni Allah öz sözlərini “Mən ac idim, Mən susuzdum, Mən xəstələndim” bu cür izah edir “Mənim filan qulum xəstələnmişdi, Mənim filan qulum aclıqdan əziyyət çəkirdi, Mənim bir qulum” səndən su istəyirdi”. Bir sözlə gözəl xasiyyət insana hər iki dünyada fayda verir. Bu barədə Əbu Talib haqqında söylənilən hədisdə xəbər verilir. Bir günü Abbas Peyğəmbərdən soruşur: “Ey Allahın Rəsulu, səni müdafiə edən və sənə kömək edən Əbu Talibin bu əməli, axirətdə ona bir fayda verəcəkmi?”. Peyğəmbər ﷺ cavab verir: “Bəli, fayda verəcək. Əgər mən olmasaydım, o, Cəhənnəmin ən aşağı qatında olasıydı”. Bir başqa rəvayətdə deyilir ki, yuxuda görürlər ki, Əbu Ləhəb bazar ertəsinə keçən gecəsi başbarmağını soraraq oradan gələn suyu içirdi. Buna səbəb də qardaşı oğlu sayılan Peyğəmbərin anadan olmasını müjdə verən cariyəsini azad etməsi idi. Əməlisaleh insanlardan biri deyir: “Allah Rəsulunun ümmətindən Peyğəmbəri ﷺ görməyən kim varsa, qoy Qurana baxsın. Çünki Quranda yazıllanara baxışla, Peyğəmbərə ﷺ baxış arasında heç bir fərq yoxdur. Əbdulmütəllibin oğlu Abdullahın oğlu Muhəmmədin surəti kimidir Quranın surəti”. Bəziləri də deyirlər ki, “Peyğəmbəri ﷺ kim görmək istəyirsə, onun sünnətinə əməl etsin, xüsusəndə harda ki, o sünnət unudulub. Ona görə ki, unudulmaqda olan sünnəti ihya (diriltmək) etmək Peyğəmbəri ﷺ ihya etmək kimidir. Kim onun sünnətini ihya edərsə bütün insanları ihya etmiş sayılar. Çünki Peyğəmbər ﷺ bütün gözəllikləri özündə mükəmməl formada əks etdiridir”.

Bir başqa Alim də söyləyir: “Muhəmməd peyğəmbər ﷺ bəşəriyyətə peyğəmbər göndəriləndən sonra insanlardan heç bir bədxasiyyət gizli qalmadı, çünki Allah Rəsulu ﷺ bunların hamısının mənbəyini bir – bir bəyan etdi”. Buda o deməkdir ki, artıq Peyğəmbər əfəndimizin s.ə.v. bəyan etdiyinə görə insanların pis əməl etməyə heç bir bəhanəsi qalmayıb. Alimlər qeyd edirlər ki, Allah Peyğəmbərimizə ﷺ dünyanın bütün nemətlərinin açarını təklif etmiş, Peyğəmbər ﷺ qəbul etməmişdi. Merac gecəsi isə Allah ﷻ Peyğəmbəri ﷺ göylərə qaldırdı, ona bütün mələkləri və Cənnəti göstərdi. Lakin o, bunların heç birinə maraq göstərmədi. Bu barədə Allah ﷻ deyir: “Göz nə (sağa – sola) yayındı, nə də uzağa getdi (həddini aşdı)” (surə “Ən-Nəcm”, ayə 17). O nə sağa baxdı, nə də sola. Bu səbəbdəndir ki, Uca Allah deyib: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən». Yəni nə bəla müsibət, nə də ki, ləziz – nemət onu haqq yolundan yayındıra bilmədi. Hamıya məlumdur ki, neçə bəla – müsibətə və əzab – əziyyətə səbr edərək dözdü. Hətta başından yara aldı və dişi sındı. Buna baxmayaraq onun dediyi isə: “Allahım! Keç ümmətimin günahından, çünki onlar nə etdiklərini başa düşmürlər!” idi. Qiyamət günü hər bir Peyğəmbər öz nəfsinin dərdində olanda, Muhəmməd Peyğəmbər ﷺ “Mənim ümmətim, mənim ümmətim” deyə haray edəcək.

GÖZƏL XASIYYƏT HAQQINDA DEYILƏNLƏR

Gözəl xasiyyət barədə çox sayda qızıl kimi dəyərli sözlər, fikirlər söylənilib. Əzm sahiblərini həvəsləndirmək, yatmış qəlbləri isə oyandırmaq üçün burada bir neçəsini misal gətirmək istəyirəm:

  1. Allah Rəsulundan r soruşdular: “Möminlərin ən üstün olanları kimlərdir?”. O dedi: “Əxlaqı ən gözəl olanlar”. Ondan soruşanda ki: “Bədbəxtlik nədir?” O: “Bədbəxtlik – pis xasiyyətdir” deyir.
  2. Allah Elçisi r deyib: “Siz hər kəslə malınızla paylaşıb kömək edə bilməzsiniz, lakin siz onlarla gülərüzünüzü və gözəl xasiyyətinizi paylaşın”.
  3. Bir günü Peyğəmbərimizdən müşriklərə bəd dua etməsini xahiş etdilər. Peyğəmbər r onlara: “Mən rəhmət olaraq göndərilmişəm, əzab üçün göndərilməmişəm” deyir.
  4. Fuzayl deyir: “Əgər bir insan çoxlu sayda yaxşılıq edərsə, lakin eyni zamanda toyuğunu incidərsə, o şəxs hələ saleh insanlardan sayılmaz”.
  5. Deyirlər : “Gözəl əxlaq – sənin Allah üçün etdiyin əməli cüzi hesab etmək, Allahın sənə verdiyi hər neməti isə uca görməyi bacarmaqdır”.
  6. Şah Kərmani deyib: “Başqalarına qarşı gözəl əxlaqlı olmağın əlaməti – onlara əziyyət verməmək, onlardan gələn çətinliklərə dözməkdir”.
  7. Vəhb adlı bir alim deyir: “Kim qırx gün bir gözəl əxlaq üzərində davam gətirərsə, Allah bu gözəl əxlaqı onun ayrılmaz xasiyyətinə çevirər”.
  8. Həsən Əl-Bəsri Quranın “ƏlMüddəssir” surəsinin 4 – сü “Libasını təmizlə” mənası olan ayəsinə bu cür açıqlama verir: “Ey Peyğəmbər əxlaqını gözəlləşdir”.
  9. Əbu Həfsdən gözəl əxlaq barədə soruşulanda O,dedi: “Gözəl əxlaq Allahın ayədə Peyğəmbərinə söylədikləridir: “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər”.”Əl-Əraf” surəsi, 199-cu ayə).
  10. Deyirlər ki, gözəl xasiyyət insanlara yaxın, dünya həyatından isə uzaq olmaqdır.
  11. Bəziləri də deyir ki, gözəl əxlaq, insanların kobud rəftarına səbr etmək və Allahın hökmünə heç bir təşvişə düşmədən, əsəbləşmədən razı olmaqdır.
  12. Deyirlər ki, “Pis əxlaq insanın qəlbini elə sıxır ki, orada ancaq öz məqsədinə yer qalır, yəni bir nəfərin yerləşə biləcəyi kiçik bir yer kimi”.
  13. Deyilir ki: “Pis əxlaqın əlaməti başqasında olan mənfi cəhətləri görmək bacarığıdır”.

DR MÜFTİSİ ŞEYX ƏHMƏD ƏFƏNDİNİN

“SALEH İNSANLARIN ÜLVİ ƏXLAQI” KİTABI

2026-07-01 (МухIаррам 1448 г.) №7.


SUALLARINIZ

Һaнсы һaллaрдa aнд ичмəк oлaр, һaнсы һaллaрдa oлмaз? Aнды пoзмaг oлaрмы? Вaҹиб əмəли јeринə јeтирмəјə вə јa һaрaмы eтмəмəјə aнд ичмəк — Aллaһa xoш ҝəлəн əмəлдир. Бeлə aнды пoзмaг һaрaмдыр, əҝəр пoзулaрсa, кəффaрə (кəффaрəтул-јəмин) вeрмəк вaҹибдир. Вaҹиб əмəли тəрк eтмəјə вə јa һaрaмы...


Aллaһын мəндəн рaзы oлмaсы үчүн нə eтмəлијəм?

Мөмин үчүн əн бөјүк мүкaфaт вə тəсвирoлунмaз xoшбəxтлик Aллaһын рaзылығыдыр. Сəмими мөмин eтдији һəр бир иши Рəббинин рaзылығыны гaзaнмaг үчүн eдир.   Гијaмəт ҝүнү бүтүн əмəллəримиз бу мeјaр əсaсындa дəјəрлəндирилəҹəкдир. Əҝəр мөмин бу əмəллəри јaлныз Јaрaдaнынын рaзылығы нaминə јeринə...


“Doğru insanla” evləndiyini necə bilmək olar?

Müsəlmanlar üçün ideal həyat yoldaşının necə olmalı olduğuna dair ən gözəl nümunə Məhəmməd Peyğəmbərdir ﷺ.   O, indiyə qədər yaşamış ən sevgi dolu, mehriban, təvazökar, mərhəmətli, şəfqətli, sədaqətli, etibarlı və səxavətli həyat yoldaşı idi. Heç...


Евдә сөз саһиби кимдир?

Евиниздә сөз саһиби кимдир? Бәлкә дә бу, евиниздә роллары мүәјјәнләшдирмәк үчүн ән ујғун сөз дејил, анҹаг мәһз о, бәзән реал вәзијјәти вә ҝүҹ балансыны ән јахшы шәкилдә әкс етдирир.   Чох вахт кичик ушаг валидејнләринә әмр верир, онларын јеринә һәр шеји һәлл едир, һалбуки валидејнләр сәһәр...


Гaфгaздa гызлaрын рoлу

Гəдим зaмaнлaрдaн бəри Гaфгaз гызы һəјaлылығы, лəјaгəти вə јүксəк əxлaгы илə сeчилмишдир. Бунун сəбəби Гaфгaздa гaдынлaрa ушaглыгдaн eтибaрəн һəјaтын дeмəк oлaр ки, бүтүн сaһəлəриндə xүсуси тəлəблəрин гoјулмaсыдыр.   Бир чoxлaры һeсaб eдир ки, Гaфгaздa гaдынлaрa кишилəрлə мүгaјисəдə...